YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycanda həyata keçirilən gənclər siyasəti uğurlu nəticələr verməkdədir

“Azərbaycanda həyata keçirilən  gənclər siyasəti uğurlu nəticələr verməkdədir”. Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Onun sözlərinə görə, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar: “Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Bu baxımdan, YAP sıralarında birləşən gənclər də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər”.

Azərbaycanın inkişafını istəməyən qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını deyən S.Orucov gəncləri bu qüvvələrə qarşı mübarizədə fəal olmağa, sosial şəbəkələrdə aktiv iştirak etməyə çağırıb.