YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycan dünyada davamlı inkişaf edən azsaylı ölkələrdən biridir

«Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışarkən xüsusilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev həyata keçirdiyi uğurlu siyasi və iqtisadi islahatlarla Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirdi, dövlətin iqtisadi, siyasi və hərbi qüdrəti artırdı». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin qayıdışından sonra  ölkəmizin davamlı iqtisadi inkişafı təmin edildi, bütün sahələrində dəyişikliklər baş verdi, iqtisadi inkişafın Azərbaycan modeli yaradıldı.

«Bunlarla yanaşı, Ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası soydaşlarımızın həmrəyliyini təmin etdi. Eyni zamanda, milli həmrəylik davamlı inkişafa çox ciddi təkan verdi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan dünyada davamlı inkişaf edən azsaylı ölkələrdən biridir»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv