YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

AMEA yaxın vaxtlarda "Elm siyasəti haqqında" qanun layihəsinin qəbulu ilə bağlı MM qarşısında vəsatət qaldıracaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Elm siyasəti haqqında" qanun layihəsinin qəbulunun tezləşdirilməsi üçün yaxın zamanlarda Milli Məclis qarşısında vəsatət qaldıracaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə jurnalistlərə bildirib.

Akademiya prezidenti hesab edir ki, layihədə hüquqi, maliyyə, təşkilati baxımından bəzi mübahisəli məsələlər var. Bu səbəbdən layihənin müzakirəsi və qəbulu ləngiyir: "Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən "Elm siyasəti haqqında" qanun layihəsinin hazırlanması istiqamətində çox böyük işlər görülüb. Orada çoxlu yeniliklər var. Layihənin ilkin varianti ilə tanışam. Orada həm də çoxlu mübahisəli fikirlər var. Bəlkə də layihənin müzakirəsi və qəbulu buna görə uzanır".

A.Әlizadənin fikrincə, layihəki mübahisəli məsələlərin hamısı bir-bir öyrənilməli və bu məsələlər işlənilməlidir.

Layihənin qəbulunun sürətləndirilməsini vacib sayan AMEA prezidenti bildirib ki, hüquqi əsasın olmaması Azərbaycan elmində bəzi məsələlərin həlli sahəsində çətinliklər yaradır: "Ona görə də biz bu yaxınlarda vəsatət qaldıracağıq. Güman edirəm ki, Milli Məclis də bizə yardım edəcək".

DİGƏR Xəbərlər Arxiv