YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Şahdağ” elektrik stansiyasında 28,7 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub

Bu ilin sentyabr ayında “Şahdağ” elektrik stansiyasında 28,7 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Ötən 9 ayda isə bu rəqəm 301,5 milyon kilovat-saat təşkil edib.

Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, ümumi gücü 105 meqavat olan “Şahdağ” elektrik stansiyası 12 aqreqatdan ibarətdir. Son üç ayda 4 aqreqatda texniki qulluq işləri görülüb, güc transformatorlarında müxtəlif təyinatlı təmir işləri aparılıb.

Ən müasir texnologiyaların tətbiq olunduğu “Şahdağ” elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında önəmli rol oynayır. Eyni zamanda, bu stansiya “Şahdağ” Qış-Yay Turizm Kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirir.

 

DİGƏR Xəbərlər Arxiv