Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Dilma Russeffə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Dilma Russeffə Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.”