YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış günü başlayıb

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış gününə start verilib.

Bu gün gürzlərlə və lentlə fərdi proqramda, həmçinin üç halqa və iki cüt gürzlə qrup hərəkətlərində təsnifat yarışları keçirilir. Eləcə də gün ərzində fərdi və qrup hərəkətləri üzrə çoxnövçülükdə qaliblər müəyyənləşəcək.

Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Aprelin 28-də həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Ümumilikdə turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

DİGƏR Xəbərlər Arxiv