YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Regionların daxili potensialı üzrə vergi daxilolmalarının böyük həcmdə artması ciddi göstəricidir

“2019-cu ilin 1-ci rübündə regionlardan vergi daxilolmaları artaraq 168,4 milyon manat təşkil edib. Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% çoxdur. Bu zaman mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların daxili potensialı üzrə daxilolmaların həcmi daha böyük həcmdə 40,4% artıb. Bu ciddi göstəricidir.

“Regionlardan daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi isə 10,1%-ə yüksəlib. Eyni zamanda, nəzərə almaq lazımdır ki, regionalarda məhsul istehsalında ən böyük paya malik olan kənd təsərrüfatı sahəsi vergidən azaddır”-deyə, deputat qeyd edib.