YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kənan Qasımov: Ölkəmizdə sağlamlıq turizminin inkişafı ilə bağlı böyük imkanlar mövcuddur

“Ölkəmizdə sağlamlıq turizminin inkişafı ilə bağlı böyük imkanlar mövcuddur”. Bu fikri  Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

K.Qasımov bildirib ki, bununla bağlı yaxın vaxtlarda fəaliyyət planının qəbul olunması gözlənilir. Onun sözlərinə görə, bu isə ölkəmizdə sağlamlıq turizminin inkişafına və daha çox turistin gəlməsinə şərait yaradacaq.

“Böyük uğur əldə etmək üçün imkanlarımız var. Ancaq ölkədə sağlamlıq turizmi imkanlarını genişləndirmək üçün mövcud çatışmazlığı aradan qaldırmalıyıq. Biz bu sahədə rəqabətdə öndə olmaq üçün yeni trendlər, yeni standartları izləməliyik. Bunun üçün yaradılan hər bir məhsulu dünya standartlarına uyğun hazırlamalıyıq ki, mübarizədə uduzmayaq. Bu rəqabətdə öz üstünlüklərimizi ortaya qoymalıyıq. Eyni zamanda, Naftalan, Duzdağ və digər bu kimi təbii sağlamlıq müəssisələrində hazırlıq proseslərinin davamlı olması üçün səylərimizi artıracağıq”-deyə, K.Qasımov deyib.