YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fəttah Heydərov: Azərbaycan bütün dünyada haqq və ədalətin bərqərar edilməsinin tərəfdarıdır

«Azərbaycan beynəlxalq müstəvidə güclü, öz sözünü deyən dövlətdir. Praqada «Şərq tərəfdaşlığı» Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Prezident İlham Əliyevin çıxışı bu faktı bir daha təsdiqlədi. Dövlətimizin başçısının çıxışında dünyada baş verən qlobal hadisələr, beynəlxalq müstəvidə münasibətlərin mövcud səhnəsi çox açıq və dəqiq formada ifadə olundu. Bu çıxış  Azərbaycan xalqı ilə yanaşı  bəşəriyyətin bütün sülhsevər insanlarının ürəyincə oldu, ona görə də, cənab İlham Əlyievin mövqeyi böyük rəğbətlə qarşılanır». Bu fikirləri yap.org.az saytına Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

F.Heydərov bildirib ki, xüsusilə beynəlxalq təşkilatların, dünya dövlətlərinin beynəlxalq hüquq normalara yanaşmada yol verdikləri nöqsanlar Prezidentimiz tərəfindən səsləndirildi və bu, onlara ciddi bir mesaj oldu. Onun sözlərinə görə, dövlət başçımızın bu çıxışı dünyadakı proseslərə ikili standartlarla yanaşanların üzünə çırpılan şillə kimi oldu.

«Prezidentimiz öz mövqeyi ilə bütün dünyanı haqq və ədaləti dəstəkləməyə çağırdı. Bu mövqe dünyada baş verən eyni tipli proseslərə fərqli yanaşan, ikili standartlarla yanaşan qüvvələrə dərs oldu. Yəni, dünyada ədaləti qorumaq, haqqı müdafiə etmək, insanlara xidmət etmək kimi bəşəri dəyərlər Prezident İlham Əliyevin fəaliyyətinin başlıca prinisipidir. Dünya dövlətlərini, beynəlxalq təşkilatları bu dəyərlərə sadiq olmağa çağıran dövlətimizin başçısı onları doğru yola dəvət etdi. Çünki bir sıra  beynəlxalq təşkilatlar var ki, onlar bəzən ikili standartların təsiri altında doğru yol gedə bilmirlər. Bütövlükdə, Prezident İlham Əliyevin həmin çıxışı həcmcə çox böyük olmasa da, dərin məna və məzmun daşıyır. Azərbaycan bütün dünyada haqq və ədalətin bərqərar edilməsinin tərəfdarıdır. Bizim çağırışımız budur ki, bütün dövlətlər öz münasibətlərini dostluq və əməkdaşlıq üzərində qursunlar, fəaliyyətlərində ədalət kimi bəşəri prinsiplərə riyaət etsinlər»-deyə, Azərbaycan Ağsaqqallar Şurasının sədri vurğulayıb.

F.Heydərov bildirib ki, sammitdə dövlətimizin başçısının işğalçı Ermənistanın prezidentinə tutarlı cavabı xüsusilə təqdirəlayiqdir. Ermənistanın beynəlxalq hüquq normalarına əməl etmədiyini deyən millət vəkilinin sözlərinə görə, Prezidentimiz çıxışında işğalçı dövlətin mahiyyətini  ifşa etməklə yanaşı bu məsələyə ikili standartlarla yanaşan təşkilatları da sərt tənqid etdi. «Sammitdə S.Sarkisyan Türkiyəyə qarşı əsassız ittihamlarla çıxış etdi. Amma həmin tədbirdə Türkiyə təmsil olunmurdu, Sarkisyanın yalanlarına cavab olaraq cənab İlham Əliyevin ona layiqli cavab verməsi Türkiyə ilə Azərbaycanın qardaş olduğunu bir daha təsdiqlədi. Bu, onu göstərir ki, erməni tərəfi nə qədər hiyləgərlik etsə də, öz daxili xislətlərinin mahiyyətini gizlətməyə çalışsalar da, məqsədlərinə çata bilməyəcəklər. Çüki  onların qarşısında İlham Əliyev kimi Azərbaycanın güclü, qətiyyətli lideri dayanıb.  Cənab İlham Əliyevin mövqeyi Türkiyə ilə bizim qardaşlıq əlaqələrimizə parlaq nümunədir. Onun çıxışını 70 milyonluq Türkiyə xalqı möhtəşəm qarşıladı»- deyə, F.Heydərov qeyd edib.

Bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini deyən millət vəkilinin sözlərinə görə, həm iqtisadi inkişafımız, həm də mənəvi-psixoloji baxımdan ölkəmizdə olan mühit, cəmiyyətimizin sağlam inkişafı dünya dövlətləri üçün nümunədir. F.Heydərovun fikrincə, bir çox dövlətlərin Azərbaycanın inkişaf modelinə böyük maraq göstərməsi təsadüfi deyil.

«Çünki hazırda bir çox yerlərdə iqtisadi və siyasi böhranlar, silahlı qarşıdurmalar baş verdiyi halda, Azərbaycan bütün sahələr üzrə davamlı inkişaf edir, xalqın rifahı yüksəlir, intellektual kapitalımız güclənir. Təbii ki, bütün bu amillər bizi böhranlardan qoruyur. Bu siyasəti də Prezidentimiz İlham Əliyev həyata keçirir. Bu mənada, beyənlxalq səviyyəli mötəbər tədbirlərin Azərbaycanda keçirilməsinin ənənə halını alması təsadüfi deyil. Çünki ölkəmizdə inkişaf, sabitlik, tərəqqi təcrübəsi var. Ona görə də, xaricdən gələn mötəbər qonaqlar inkişafımızı təqdir edir və Azərbaycana səfərlərindən böyük məmnunluq hissi keçirirlər»- deyə, Azərbaycan Ağsaqqllar Şurasının sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv