YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Əliyev: Yeni Azərbaycan Partiyasının müntəzəm olaraq ağacəkmə aksiyası keçirməsi təqdirəlayiq haldır

“Yeni Azərbaycan Partiyasının müntəzəm olaraq ağacəkmə aksiyası keçirməsi təqdirəlayiq haldır”. Bu fikri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyev bildirib ki, respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması, geniş yaşıllıqlar zolaqlarının salınması Ulu Öndər Heydər Əliyevin hər zaman diqqətində idi, O fəliyyətində  bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

“Yeni Azərbaycan Partiyasının bu təşəbbüsləri nəticəsində respublikamızın, o cümlədən Bakı şəhərində minlərlə ağaclar əkilib, geniş yaşıllıq zolaqları salınıb. Bu günkü aksiya nəticəsində əkilən ağaclara da daim qulluq ediləcək, müasir suvarma sistemi ilə təmin olunacaq. Bütövlükdə bu təşəbbüslər çox faydalıdır”-deyə, nazir müavini qeyd edib.