YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Kimlərinsə Azərbaycan reallıqlarına qara yaxmağa çalışması, böhtan atması qəbulolunmazdır

“Təəssüflə qeyd etmək lazımdır ki, müəyyən azsaylı qruplar var ki, Azərbaycanın möhtəşəm inkişafına kölgə salmağa çalışır, yalanla, iftira ilə ölkəmizin imicinə zərbə  vurmağa və insanları çaşdırmağa cəhd göstərirlər. Mən qəti əminəm ki,  vətəndaşlarımız həmin qruplara  inanmır. Çünki insanlar ölkəmizin sürətli inkişafının canlı şahidləridir. Belə olan halda, vətəndaşlar kimlərinsə yalanlarına inana bilməz. Ölkəmizin inkişafına xidmət etmək hər bir vətəndaşın borcudur.” Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçib, ölkəmizin simasi əhəmiyyətli dərəcədə dəyişib, müasirləşib, əhalinin rifah halı yüksəlib. Eləcə də, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.

“Bu yaxınlarda Bakıda dünyanın maraqla izlədiyi “Formula 1” yarışları keçirildi. Bir neçə həftədən sonra isə paytaxtımızda futbol üzrə  Avropa liqasının final oyunu olacaq. Bütün bunlar təsadüfi deyil. Azərbaycan inkişaf etməsəydi, bu tədbirlərin reallaşması üçün şərait olmasaydı, həmin tədbirlər ölkəmizdə keçirilməzdi. Bugünlərdə Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda isə yüzlərlə xarici qonaq iştirak etdi. Bu o deməkdir ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Dünyanın nüfuzlu telekanalları Azərbaycandan verilişlər hazırlayırlar. Hansı ki, illər öncə belə hallar olmurdu. Indi isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan dünyanın ən inkişaf edən ölkələri arasındadır, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bunların fonunda kimlərinsə Azərbaycan reallıqlarına qara yaxmağa çalışması, böhtan atması qəbulolunmazdır. Kimsə siyasi məqsədlər qarşıya qoyursa,  yalanla, böhtanla özünə sosial baza toplaya bilməz”-deyən Əli Əhmədov söyləyib ki, YAP öz fəaliyyəti ilə  ölkəmizdə siyasi fəaliyyətlə məşğul olan qüvvələrə ibrət dərsi verir ki, xalqın maraqlarına uyğun mövqe sərgiləməklə özünə xalq arasında arxa-dayaq tapmaq mümkündür. Əks halda, hec bir nəticə əldə oluna bilməz. Başqa yol tutanlar satlmağa məcburdur.

“Bəzi qruplaşmalar atıq bu yola yuvarlanıblar. Mən onların halına acıyıram. Öz xalqının mənafeyini satanı da,  alət kimi istifadə edib sonra atacaqlar. Belələrini şərdən, böhtandan, söyüş söyməkdən uzaq olamağa dəvət edirəm. Əks halda, üzərlərində  yalançı-böhtançı imicini daşıyacaqlar”-deyə, YAP Sədrinin müavini vurğulayıb.