YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək

Qazaxıstanla Azərbaycan arasındakı yüksək səviyyəli qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişafını davam etdirəcək.

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Bakıda mətbuat konfransında deyib.

Səfir bildirib ki, Qazaxıstan beynəlxalq öhdəliklərinə sadiqdir və öz balanslaşdırılmış siyasətini milli maraqlarına uyğun olaraq davam etdirəcək:

“Qazaxıstanda prezident seçkiləri iyunun 9-da keçiriləcək. Ölkə tarixində ilk dəfə prezident vəzifəsinə qadın namizədliyini irəli sürüb. Seçkilərdə mindən çox beynəlxalq müşahidəçinin iştirakını gözləyirik. Azərbaycandan da müşahidəçilər dəvət olunub. Məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibində 40-dan çox nümayəndə yer alır”.

O qeyd edib ki, Qazaxıstanın Bakıdakı səfirliyində vətəndaşların səs verməsi üçün 262 saylı səsvermə məntəqəsi açılacaq.