YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır

“İşğalçı Ermənistan istisna olmaqla Azərbaycan  bütün dövlətlər və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir”. Bu fikri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında  deyib.

Əli Əhmədov bildirib ki, qazanılan uğurlar yeganə problemimiz olan Dağlıq  Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması üçün etibarlı zəmin yaradır.

“Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab  Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır. Azərbaycan müharibə  tərəfdarı deyil, biz münaqişənin  sülh yolu ilə həllinə üstünlük veririk. Bunun üçün imkanlar tükənməyib və bundan axıra qədər istifadə etmək lazımdır”-deyə, o, qeyd edib.