YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Olli Foster: Final oyununa gələn azarkeşlər gözəl bir şəhərlə tanışlıq imkanı qazanıblar

İnanıram ki, Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu möhtəşəm olacaq.

Bu fikri BBC televiziyasının əməkdaşı Olli Foster deyib. O bildirib ki, final oyununa gələn azarkeşlər gözəl bir şəhərlə tanışlıq imkanı qazanıblar.

“Artıq bir neçə gündür Bakıda çəkilişlər aparırıq. Şəhərin təmizliyi, gözəlliyi, insanlarınızın qonaqpərvərliyi məndə müsbət təəssüratlar oyadıb”, – deyə Olli Foster qeyd edib.