YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilir

Mayın 29-da Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilir.

İcraiyyə Komitəsi gündəliyinə 2021-ci ildə keçiriləcək UEFA qadınlararası Çempionlar Liqasının ev sahibinin müəyyənləşdirilməsi, müxtəlif yarışların və texniki qaydaların təsdiqi, 2020/2022-ci illərdə futzal üzrə Avropa çempionatı, 2019/2020-ci illər Avropa U-17 və U-19 çempionatları, 2019/2020-ci illər UEFA Avropa qadınlararası U-17 və U-19 çempionatları, UEFA intizam qaydaları (2019 buraxılışı), UEFA təhlükəsizlik qaydaları (2019 buraxılışı), UEFA klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı), turnirlərin əsasnamələri – oyun qaydalarına adaptasiya, UEFA Avropa gənclər çempionatlarının formatı, Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması və “UEFA Grassroots 2019” mükafatı və s. məsələlər daxil edilib.

UEFA İcraiyyə Komitəsinin iclası Bakıda ilk dəfə təşkil olunur.