YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Andre Vilye: Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunmasını arzulayıram

Bu gün çox sevdiyim Azərbaycanın milli bayramı ilə bağlı tədbirdə iştirak edirəm. Bütün Azərbaycan xalqını, xüsusilə də azərbaycanlı dostlarımı bayram münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa edilsin, ölkənizdə daim sülh olsun. Həmçinin Azərbaycan-Fransa münasibətləri daha da möhkəmlənsin.

Bu fikirləri Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Parisdə təşkil edilmiş qəbulda iştirak edən Fransa Milli Assambleyasının üzvü Andre Vilye bildirib.

Azərbaycanda dəfələrlə səfərdə olduğunu deyən A.Vilye ölkəmizin sürətlə inkişafını xüsusi qeyd edib. O, səfəri zamanı bölgələrimizin də sürətlə inkişaf etdiyinin şahidi olduğunu vurğulayıb.