YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: 2020-ci ildə Bakıda Avropa Çempionatının oyunları da yüksək səviyyədə təşkil olunacaq

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan növbəti bir uğura imza atdı. Paytaxtımız Bakı şəhəri ilk dəfə UEFA Avropa Liqasının final oyununa ev sahibliyi etdi. Final oyununa hazırlıq mərhələsi və oyunun özü çox yüksək səviyyədə təşkil olunmuşdu". Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, final oyunun Azərbaycanda keçirilməsi özlüyündə Azərbaycanın uğurudur. Onun sözlərinə görə, final oyununun keçiriləcəyi şəhərin müəyyənləşdirilməsi zamanı Bakıya çox güclü rəqiblər var idi. Madrid, İstanbul və digər məşhur şəhərlər içərisindən məhz Bakıya üstünlük verilməsi Azərbaycanın ildən-ilə artan nüfüzundan xəbər verir: “Bu eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman sahələrinin, o cümlədən futbol infrastrukturunun yaradılması, yeni stadionların, xüsusilə Bakı Olimpiya Stadionunun tikintisi də daxil olmaqla həyata keçirilən ümumi sosial-iqtisadi siyasətin uğurudur.

Millət vəkili qeyd edib ki, final oyunu dünyanın 200-dən çox ölkəsinə tele-transliyasiya olunub. Oyunu bir milyarddan çox tamaşaçı izləyib. Dünyanın bir çox ölkəsindən 30 mindən çox turist final oynun izləmək üçün ölkəmizə səfər etmişdir. Bütün bunlar Azərbycanın dünyada daha geniş surətdə tanıdılmasında, təbliğ edilməsində böyük rol oynayır. Gələn il Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa Çempionatının dörd oyununun keçirilməsi nəzərdə tutulub. Bu da Azərbaycanın getdikcə artan nüfuzundan xəbər verir.

“2020-ci ildə futbol üzrə Avropa Çempionatının oyularının keçiriləcəyi şəhərlərin müəyyənləşdirilməsi ilə bağlı səsvermə zamanı Bakıya üstünlük verilməsində AFFA-nın rəhbərliyinin rolu böyük olub. UEFA Avropa Liqasının final oyununun çox yüksək səviyyədə təşkil olunmsı göstərir ki 2020-ci ildə Bakı Olimpiya Stadionunda Avropa Çempionatının keçiriləcək oyunları da çox yüksək səviyyədə təşkil olunacaq"-deyə, R.Əliyev vurğulayıb.