YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək

Milli Məclisin bu gün keçiirlən iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklər edilməsi məsələsi müzakirə olunub.

Bu barədə məlumat verən parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, sənəddə Azərbaycanda tibb müəssisələrinin  5 ildən bir akkreditasiyadan keçirilməsi təklif olunur.

Qanun layihəsinə əsasən, akkreditasiyadan keçən tibb müəssisələrinə şəhadətnamə veriləcək. Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Eyni zamanda bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulur.