YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Əməkhaqqı və pensiya sahəsində yeni təkliflər hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyətı qurumlarla birlikdə əməkhaqqı və pensiya sahəsində yeni təkliflər hazırlayır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Sosial paketin növbəti mərhələsi hazırlanmaqdadır. Əməkhaqqı və pensiyalar ilə bağlı yeni təkliflərimiz olacaq. Yaxın günlərdə bu təklifləri ölkəmizin başçısına təqdim edəcəyik", - deyə nazir diqqətə çatdırıb.