YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov Azərbaycanda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqların yüksək səviyyədə keçiriləcəyini bildirib

Bu gün ölkə üçün əhəmiyyətli və çox maraqlı bir andır. XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə 50 gün qalır.

Bunu "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, 50 gün sonra Bakıda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq: "Onların əksəriyyəti gələcəkdə olimpiya, dünya və Avriopa çempionu ola bilər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz qarşımıza məqsəd kimi texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik”.

Nazir əlavə edib ki, 50 gün ərzində son hazırlıq işləri tamamlanacaq.

Daha sonra XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir nümayiş olunub.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21-27 iyulda keçiriləcək.

DİGƏR Xəbərlər Arxiv