YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: UEFA Avropa Liqasının final oyununa Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada qazandığı nüfuzunun növbəti göstəricisidir

“UEFA Avropa Liqasının final oyununa Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada qazandığı nüfuzunun növbəti göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

 D.Cəbrayılova bildirib ki, Azərbaycan UEFA Avropa Liqasının final oyunu yüksək səviyyədə keçirərək dünyaya idman bayramı kimi təqdim edib. Onun sözlərinə görə, Bakıya gələn idmançıların, hər iki klub azarkeşlərinin qarşılanması, onların rahat, əmin-aman şəkildə paytaxt külçələrində hərəkət etməsi, sakinlərimizin qonaqpərvərliyi göstərdi ki, Azərbaycan növbəti dəfə böyük nüfuzlu turniri layiqincə keçirə bildi. Eyni zamanda, Bakıda keçirilən final oyunu dünyanın 200-dən çox televiziya kanalı vasitəsilə canlı yayımlandı. Bütün bunlar göstərdi ki, Azərbaycan regionda dominant ölkə olmaqla yanaşı, Avropa üçün də əhəmiyyətli dövlətlərdən biridir. Hesab edirəm ki, bu da bizim dünyada ən yüksək səviyyədə təqdimatımızdır.

Onun sözlərinə görə, bu mötəbər tədbirin keçirilməsi ilə  Azərbaycan dövləti də qalib oldu: “Çünki digər beynəlxalq, nüfuzlu tədbirlərdə olduğu kimi, bu dəfə də Azərbaycanın imicinə qara yaxmaq istəyən qüvvələr meydana çıxmışdı. Bütün bunların başında erməni lobbisi və Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr dayanır. Biz bu tədbiri yüksək səviyyədə keçirməklə bir daha dünyaya bəyan etdik ki, Azərbaycanı fitnə-fəsadlarla məğlub etmək, öz yolundan döndərmək olmaz. Hesab edirəm ki, dünənki final oyunun yüksək səviyyədə təşkil olunması Azərbaycan dövlətinin və Prezidentinin uzun illər apardığı məqsədyönlü uğurlu siyasətin nəticəsidir”.