YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natia Turnava: Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsüdür

Gürcüstanda Rusiyanın “Gazprom” şirkətinin dominantlıq edəcəyi barədə heç bir söhbət ola bilməz. Bizim strateji istehlak seqmentinin Azərbaycan qazı hesabına təmin olunması ilə bağlı etibarlı zəmanətimiz var. Azərbaycan Gürcüstanın strateji qaz tədarükçüsü olaraq qalacaq.

Bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava parlamentin iqtisadi siyasət komitəsinin iclasındakı çıxışı zamanı söyləyib.

“Gürcüstanın enerji təhlükəsizliyi hökumətin əsas prioritetlərindən biridir və biz ölkəmizin bu sahədə də təhlükəsizliyini təmin edəcəyik. Bunun üçün bizim etibarlı tərəfdaşımız var”, - deyə o bildirib.