YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilmişdir

İyunun 12-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilmişdir. İclasda  Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları barədə, eləcə də partiyanın İcra Katibliyi və rayon təşkilatlarının aparatında çalışan məsul işçilərin attestasiyaları barədə məlumat dinlənilmişdir.

Qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyasının gəncləri cəmiyyətin fəal təbəqəsi kimi özlərini təsdiqləmişdir. Partiya sıralarında birləşmiş gənclərimiz yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirirlər. YAP gənclərinin xarakterini vurğulayarkən vətənpərvərlik, fəallıq, ictimai-siyasi proseslərdə iştirakçılıq xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır.
Nəzərə çatdırılmışdır ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artması sevindirici haldır. Partiyanın sıralarında gənclərin sayının artması isə özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər.
İclasda qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları yüksək səviyyədə təşkil edilmişdir.  Konfransların ümumi mənzərəsi bir daha təsdiq edir ki, gənclər Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursu və bu gün ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı olaraq dəstəkləyir, bu işdə öz bilik və bacarıqlarını töhvə etməyə hər an hazırdırlar.

İdarə Heyətinin iclasındə YAP-ın İcra Katibliyi, o cümlədən partiyanın rayon və şəhər təşkilatlarının aparat işçilərinin attestasiyasının nəticələri yüksək qiymətləndirilmişdir.

İclasda həmçinin, bir sıra cari məsələlər müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.

 

DİGƏR Partiya xəbərləri Arxiv