YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Yaponiya məhsullarının sərgisi keçiriləcək

Noyabrın 14-15-də Bakıda Yaponiya şirkətlərinin istehsal etdiyi məhsulların sərgisi keçiriləcək. Bu barədə xarici ölkələrə investisiya yatırılması sahəsində tanınmış araşdırıcı, “World Investers TV” internet televiziyasının prodüseri Kazuyasu İşida bildirib ki, “AS Global Management Co. LTD” şirkəti tərəfindən təşkil olunacaq sərgidə 40-dan çox yapon şirkətinin iştirakı planlaşdırılır. “Birinci Yaponiya biznes festivalı” adlanan sərgi İçərişəhərdə “Art Garden” sərgi salonunda keçiriləcək. Sərginin birinci günü iş adamaları və mütəxəssislər üçün, ikinci günü isə bütün vətəndaşlar üçün nəzərdə tutulub. Sərgidə ziyarətçilərə əsasən, yüngül sənaye məhsulları, hədiyyələr, zərgərlik məmulatları, təbii kosmetik vasitələr, texniki avadanlıq üçün aksesuarlar, müxtəlif vitaminlər, mətbəx avadanlığı, qida məhsulları, yapon şərabları və sairə təqdim olunacaq. Sərginin keçirilməsinin Yaponiya və Azərbaycan iş adamları arasında işgüzar əlaqələrin inkişafına mühüm təsir göstərəcəyini qeyd edən K.İşida, tədbirin bu Gündoğar ölkənin Azərbaycanda daha yaxşı tanınmasına imkan verəcəyini bildirib. K.İşida vurğulayıb ki, digər tərəfdən sərgi yapon iş adamlarının sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmiş Azərbaycanı yaxından, əyani olaraq tanımasına kömək edəcək.

 

 

DİGƏR Xəbərlər Arxiv