YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: 2014-cü ilin ötən dövrü ərzində sahibkarlara 261 milyon manat güzəştli kredit verilib

2014-cü ilin ötən dövrü ərzində respublika üzrə iş adamlarına 261 milyon manat güzəştli kredit verilib. Bunu Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib  ki, bu kreditlər 4 min 785 sahibkarı əhatə edir. Onun sözlərinə görə, güzəştli  kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 min 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

«Azərbaycan dövləti sahibkarlığın inkişafına böyük diqqət yetirir. Bunun nəticəsidir ki, güzəştli kreditlərin həcmi daim artır. Bu proses davamlı xarakter daşıyır»-deyə, icraçı direktor vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv