YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Beş ayda Azərbaycanla Çinin ticarət dövriyyəsi 1,1 milyard dollar olub

Cari ilin ilk 5 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.

Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavini bildirib ki, ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib. Çinli investorlar tərəfindən Azərbaycana ümumilikdə 800 milyon dollardan çox sərmayə qoyulub. Öz növbəsində Azərbaycan da Çin iqtisadiyyatına sərmayə yatırır və bu gün həmin investisiyaların həcmi 1,7 milyard dollar olub. Azərbaycanda ticarət, maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti və xidmət sahələrində Çin kapitallı 119 şirkət fəaliyyət göstərir.