YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Bu səfər ikitərəfli münasibətlərin dinamik inkişafından xəbər verir

“Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri ikitərəfli münasibətlərin dinamik inkişafından xəbər verir”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib. 

E.Səlimov bildirib ki, Avropa üçün Azərbaycanla mümkün qədər yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğuluyan Donal Tusk bu səfərin böyük əhəmiyyəti olduğunu ifadə edib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərin inkişafı möhtərəm Prezidentimizin uğurlu siyasəti və səyi nəticəsində baş vermişdir.

“Həmişə olduğu kimi bu gün də Avropa İttifaqı Azərbaycanın suverenliyini, mütəqilliyini və ərazi bütövlüyünü təsdiqləməklə münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu qeyd edir. Eyni zamanda, “ Cənub Qaz Dəhlizi” layihəsi uğurla başa çatmaq üzrədir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçidiyindən Azərbaycan tranzit ölkəyə çevrilmişdir. Avropanın enerji təhlükəsizliyi sahəsində Azərbaycanın böyük xidmətləri nəticəsində bir sıra beynəlxalq ererji layihələri həyata keçirilir. Beləliklə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər intensivləşir, əməkdaşlıq daha da dərinləşir. Bütün bunların nəticəsində Avropa İttifaqı Azərbaycan Ermənistan münaqişəsinin tezliklə həll olunmasına böyük təsir göstərəcək”-deyə, deputat qeyd edib.