YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub

Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı ən uğurlu layihələrindən olan “Gənc liderlər üçün yay məktəbləri” Oğuz rayonunda davam edir. İkinci Oğuz turunun son günündə Şəki rayonuna ekskursiya təşkil olunub. Gənclər Şəkinin gözəl yerləri, tarixi-mədəni abidələri,  muzeyləri ilə tanış olublar.

Sonra gənclər arasında "Sağlam həyat tərzi" mövzusunda təlim keçirilib.

Layihə çərçivəsində gənclər üçün müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil edilib.
Günün sonunda yay məktəbinin ikinci Oğuz turunun bağlanış mərasimi keçirilib. İştirakçılar fəxri fərmanlarla  təltif olunublar.

DİGƏR Xəbərlər Arxiv