YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raşidat Adeleke: Festival möhtəşəm təşkil olunub

Yarış möhtəşəmdir, burada azarkeşlər bizi çox dəstəkləyir. Mən atletikayla 12 yaşımdan məşğul oluram. Bu yarışa qədər “EYOF Macarıstan 2017” və Finlandiyada keçirilən Atletika üzrə Dünya Çempionatında iştirak etmişəm.

Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının qızlar arasında 100 və 200 metr qaçış üzrə qızıl medal mükafatçısı, irlandiyalı Raşidat Adeleke deyib.

“Qaçarkən rəqiblərim tərəfə heç baxmırdım. Bütün fikrimi qələbəyə doğru yönəltmişdim. İdmana bağlı olmaq gözəldir. Yarışın təşkilatçılığı barədə onu deyə bilərəm ki, festival möhtəşəm təşkil olunub. Burada hər şey parlaq və rəngarəngdir. Hamı bir-biri ilə çox mehriban davranır. Vaxtımı stadionda keçirməkdən zövq alıram”, -deyə idmançı bildirib.