YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Nəbizadə: Çalışırıq ki, kənd təsərrüfatı şirkətləri üzrə korporativ xidmətlər sahəsini gücləndirək

“Biz keçən il pambıqçılıqda 29 min hektarda əkin aparmışdıqsa, bu il qərar qəbul etdik ki, yenə 29 min hektarda da davam edək və eyni sahədən istehsal həcmini, məhsuldarlığı artıraq. Keçənilki göstəricimiz əvvəlki illərə baxanda daha yüksəkdir”. Bu fikirləri “Azərbaycan Sənaye Korporasiyasi” ASC-nin baş direktoru, Milli Məclisin deputatı Kamran Nəbizadə deyib.

K.Nəbizadə  bildirib ki,  3-4 il əvvəl 1 hektardan məhsuldarlıq 14, 15, 16 sentner idisə, keçən il 1 hektardan 19,5 sentner məhsuldarlığa nail olduq. Builki hədəf 22-25 sentnerdir. Ümumilikdə keçən il 29 min hektardan 56 min ton pambıq yığdıq. Bu il 70-75 ton pambıq yığmağı planlaşdırmışıq. Burda da xərclərin tam şəffaf və rasional olmasına nəzarət edirik. Xərclərin əvvəlki illərlə müqayisəsini aparırıq. Dünya təcrübəsindən yararlanırıq. Ən əsas amil odur ki, fermerlərlə əlaqəli işləyirik, hər an onlarla ünsiyyətdə olub qayğıları ilə maraqlanırıq. Su, texnika və s. problemlərimiz olur ki, korporasiyanın işçi heyəti bu problemləri diqqətdə saxlayır, aqronomlarımız mütəmadi olaraq sahələri baxışdan keçirirlər.

“Gələn ildən barama istehsalının həcmini 1.000 tona çatdırmağı nəzərdə tuturuq. Bu sahəni gücləndirmək üçün xüsusi dövlət dəstəyi var. Korporasiya üzrə ştatda olan işçilərin sayı 5.500-ə yaxındır. Fermerlər üzrə əmək resursu 14.000 təşkil edir. Multiplikativ olaraq nəzərə alsaq ki, hər fermer işləri görmək üçün ən azı 3-4 nəfər muzdlu işçi cəlb edir, korporasiyanın əmək resursunun təxminən 58.000 nəfərə çatdığını deyə bilərik. Çalışırıq ki, kənd təsərrüfatı şirkətləri üzrə korporativ xidmətlər sahəsini gücləndirək. Kənd təsərrüfatı emalı müəssisələri sırasında böyük işlər görülüb. 2015-ci ildə cəmi 236 ton yaş barama təhvil alınmışdısa, keçən il bu rəqəmi 514 tona çatdırdıq. Bu il isə 634 ton yaş barama istehsal olunub. Artım üç dəfəyə yaxındır. Burda da bir sıra problemlər mövcud idi. Çindən yeni baramaboğan avadanlıq alınıb, qazanxana yenidən qurulub. Bu gün digər emal avadanlıqları da yenidən qurulmalıdır. Məqsədimiz avadanlığı modernləşdirməklə emal prosesinin 6-7 aya başa çatdırılmasıdır: bununla həm maya dəyəri aşağı, həm də keyfiyyəti yüksək xam ipəyin istehsalına nail olmaq mümkündür. Hər bir sahə üzrə istehsal həcmini dövlət proqramlarına uyğun planlaşdırırıq. Gələn ildən barama istehsalının həcmini 1.000 tona çatdırmağı nəzərdə tuturuq. Bu sahəni gücləndirmək üçün xüsusi dövlət dəstəyi var”-deyə, K.Nəbizadə vurğulayıb.