YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir

“Azərbaycan dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinə malik, mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir”. Bu fikri mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.

V.Əliyev bildirib ki, dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, Azərbaycanın qlobal arenada bu dəyərlərin təşviqində mühüm rol oynayır. Onun sözlərinə görə, ölkəmizdə bu mövzuda keçirilən bütün beynəlxalq tədbirlər xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından  yüksək qiymətləndirilir.

“Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Müasir dünyada ayrı-seçkiliyin, təcrid olunmanın aradan qaldırılması birgə səylərin zəruriliyini ortaya qoymuş olur. Bu baxımdan, mədəniyyətlərin və dinlərin, müxtəlif baxışların tətbiq edilməsi vacib məsələlərdəndir. Dünyanın müxtəlif regionlarında sabitliyin pozulduğu, ekstremizmin və terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığı zamanda onların qarşısını almaq üçün siyasi yolların axtarılması və bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi zərurəti yaranıb. Dünyanın müxtəlif yerlərində müxtəlif zəmində toqquşmaların baş verdiyi halda, Azərbaycan birgəyaşayışa çağırışlar edir, sülhün və həmrəylinin carçısına çevrilib. Azərbaycan mədəni potensialını beynəlxalq mühitdə möhkəmləndirir və mədəniyyətlərar   dialoq kontekstində körpü rolunu oynayır. Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi göstərilir. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet məsələ kimi qəbul olunması dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib”-deyə, V.Əliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv