YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib

Avqustun 24-də  Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkilləri Hadi Rəcəbli, Nəriman Əliyev və ictimaiyyət nümayəndələri iştirak edib. 

Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini, yeni nailiyyətlərin qazanıldığını bildirib. Azərbaycanı dünya miqyasında idman, multikulturalizm, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrildiyini qeyd edib.

Daha sonra isə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edib. Əli Əhmədov ölkəmizdə gənclər üçün hər cür həyat şəraitinin yaradıldığını bildirib. Baş nazirin müavini gənclərin Azərbaycanda və ondan kənarda da dövlətimizi və dövlətçiliyimizi müdafiə etdiklərini deyib. 

YAP Sədrinin müavini onu da qeyd edib ki, biz gənclərimizə böyük inamla yanaşırıq: “Onların bu günü və gələcəyi üçün Azərbaycan hökuməti böyük işlər görməkdədir. Cənab Prezident İlham Əliyevin apardığı siyasətdə gənclərə çox böyük önəm verilir. Bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, onlarla müxtəlif tədbirlər keçiririk və daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Gənclik eyni zamanda gələcək, müasirlik deməkdir. Biz istəyirik ki, Azərbaycanın gəncləri yaxşı təhsil alsınlar və biliklərə yiyələnsinlər. Mən əminəm ki, cənab Prezident İlham Əliyevin apardığı siyasəti gənclərimiz dəstəkləməklə həmin siyasətin həyata keçməsinə öz töhfələrini verəcəklər”.
Sonra Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Nəriman Əliyev cıxış edərək gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməklərindən, dövlətə, dövlətçiliyimizə, Prezident Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olduqlarından bəhs edib.
Daha sonra idmançılar arenaya çıxıb, öz məharətlərini göstərib. Tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.

Sonda idmançılarla xatirə şəkli çəkilib.

DİGƏR Partiya xəbərləri Arxiv