YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycan milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir

“Azərbaycan dövləti milli-mənəvi dəyərlərə və  tolerantlığa böyük önəm verir. Bu baxımdan, dövlətimizin  öz nümunəsindən çıxış edərək dünya birliyinə multikulturalizmlə, birgəyaşayışla bağlı zəruri mesajlar ünvanlaması, bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət daşıyan bu işə sanballı töhfələr verməsi təqdirəlayiq haldır”. Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan tarixdən gələn milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Onun sözlərinə görə, dünya birliyinin üzvü olan respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətinin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb.

“Son 16 ildə ölkəmizdə milli-mənəvi dəyərlərimizə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilib. Ümumiyyətlə, milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətdən gələn sosial sifarişlərin dövlət siyasətində prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin fəaliyyətində mühüm yer tutur. Dövlət başçısı qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb”-deyə, akademik vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv