YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının üzvləri Prezident İlham Əliyevin siyasətinin uğurla həyata keçirilməsi üçün fədakarlıq göstərirlər

“Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Partiyamızın böyük resursları və seçki təcrübəsi bələdiyyə seçkiləri kampaniyasının da yüksək səviyyədə keçiriləcəyini deməyə əsas verir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının 750 min nəfərə yaxın üzvü var və bu sadəcə statistika deyil. Onun sözlərinə görə, bu fakt vətəndaşların partiyamızın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamının ifadəsidir.

“Partiyamızın sıralarında vətənpərvər, fədakar, intellektual insanlar birləşib. Onlar ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər və Prezident İlham Əliyevin siyasətinin uğurla həyata keçirilməsi üçün fədakarlıq göstərirlər”-deyə, Əli Əhmədov vurğulayıb.