YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllər, xüsusilə məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur.

“Ermənistan rəhbərliyinin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməkdir. Son vaxtlarda, xüsusilə Ermənistanın baş nazirinin 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistandır, vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” ifadəsini deməsi Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının bariz nümunəsidir. İndiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətini öz üzərindən ataraq bunu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışırdı. Yəni Ermənistanın baş naziri bir tərəfdən əsassız olaraq “Qarabağ xalqı” adından danışıqlar aparmaq səlahiyyətinin olmadığını deyir, digər tərəfdən isə Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu iddia edir. Qeyd etmək vacibdir ki, uzun müddət Ermənistan xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışırdı. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini – Ermənistan Respublikasını yaradıblar. Dağlıq Qarabağ bölgəsinin erməniləri isə müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına görə, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Bu baxımdan ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir”-deyə, deputat qeyd edib.

 

Vüqar Bayramov: Vergi sistemində aparılan islahatlar iqtisadiyyatın və qeyri-neft sektorunun inkişafı baxımından çox əhəmiyyətlidir

“Vergi sistemində aparılan islahatlar iqtisadiyyatın və qeyri-neft sektorunun inkişafı baxımından çox əhəmiyyətlidir”. Bu fikri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə qeyd olunduğu kimi, vergi sistemində aparılan islahatlar, gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi məsələləri, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması ilə bağlı ölkə Prezidenti tərəfindən verilən tapşırıqlar praktik olaraq icra edilməkdədir: “Vergi ödənişlərinin payının artması, rəsmi əmək müqavilələrinin sayında müşahidə olunan artım nəticə etibarilə ondan xəbər verir ki, 2019-cu il yanvarın 1-dən sonra vergi sistemində aparılan islahatlar və yenilənmiş Vergi Məcəlləsinin tətbiqi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına şərait yaradıb”.

Onun sözlərinə görə, vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi, xüsusən də məmur və sahibkar münasibətlərinin minimallaşdırılması, elektron xidmətlərdən daha çox istifadə edilməsi, eləcə də fərqli metodlar vasitəsilə vergi mədəniyyətinin artırılması istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmalıdır.

V.Bayramov qeyd edib ki, vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi, xüsusən də məmur və sahibkar münasibətlərinin minimallaşdırılması, elektron xidmətlərdən daha çox istifadə edilməsi, eləcə də fərqli metodlar vasitəsilə vergi mədəniyyətinin artırılması istiqamətində həyata keçirilən işlər mühüm əhəmiyyət daşıyır: "Bunlar vergi daxilolmalarının dayanıqlılığı baxımından vacibdir. Vergi birbaşa sahibkarlıq mühitinə təsir edən bir sistemdir. Bu kontekstdən yanaşdıqda, vergiqoyma vacib alətlərdəndir. Ölkə Prezidenti tərəfindən verilən tapşırıqlar da ona görə vacibdir ki, vergiqoyma vasitəsilə həm sahibkar üçün biznes mühitinin yaxşılaşdırılması, həm də dövlət büdcəsinə daha çox vəsaitin daxil edilməsi mümkün olsun”.

Ekspert əlavə edib ki, son ayların yekunları sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində vergi islahatlarının rolunun yüksək olduğunu göstərir. Yeniləşdirilmiş Vergi Məcəlləsinin ayrı-ayrı maddələrinə əsasən, qeyri-neft sektoru üzrə çalışanlar üçün gəlir vergisinə 7 il müddətində güzəştin tətbiq edilməsi, startaplar üçün vergi güzəştlərinin müəyyənləşdirilməsi, sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi və bütövlükdə ümumi vergi yükünün optimallaşdırılması islahatların tərkib hissəsidir. Bunlar sahibkarların sərəncamlarında daha çox vəsait qalmasına və ümumilikdə sahibkarlıq mühitinin yaxşılaşdırılmasına müsbət təsir edən mühüm faktorlardır.

 

 

DİGƏR Xəbərlər Arxiv