YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Azərbaycanın ixrac potensialının artırılması və ixracın reallaşması üçün müxtəlif tədbirlər həyata keçirilir

“Azərbaycanın ixrac potensialının artırılması və ixracın reallaşması üçün müxtəlif tədbirlər həyata keçirilir”. Bu fikri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, bir tərəfdən ixrac potensialının artırılması üçün sənaye istehsalı artırılır, sənaye parkları artıq öz bəhrəsini verir, kənd təsərrüfatı istehsalı artır, emal sənayesi inkişaf etdirilir. Turizm xidmətlərinin inkişafı üçün regionlarda əhəmiyyətli tədbirlər həyata keçirilir. Bütün bu layihələr ixrac potensialını artırır və ixracetmə üçün məhsul yaradır. Digər tərəfdən, yeni ixrac bazarları əldə etmək və ənənəvi bazarları genişləndirmək üçün həm dövlət tərəfindən, həm də sahibkarların özləri tərəfindən müxtəlif səylər və tədbirlər həyata keçirilir. Məhz bu tədbirlərin nəticəsində 2019-cu ilin 6 ayı ərzində qeyri-neft ixracımız 15% artmışdır.

“Ancaq ixrac bazarlarının genişləndirilməsi həm də ciddi rəqabətlə üzləşmək deməkdir. Dövlətin əsas dəstək funksiyası sahibkarlar üçün xarici bazarlarda inzibati maneələrin aradan qaldırılmasına nail olmaq və onlar üçün bazara daxil olmanı asanlaşdırmaq və marketinq fəaliyyətinə dəstək verməkdir. Amma xarici bazarlarda rəqabət aparmaq ixraçatçıların əsas funksiyası olmalıdır. Bunun üçün isə daxili istehsalda texnologiyaların və innovasiyaların tətbiqini genişləndirmək, əmək məhsuldarlığını artırmaq və pro aktiv marketinq fəaliyyəti aparmaq lazımdır. Düşünürəm ki, ölkəmizdə aparılan islahatlar bütövlükdə iqtisadiyyatımızı dinamik, texnoloji və innovativ edəcəkdir”-deyə, deputat qeyd edib.