YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Kürdəmir rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının sədri Ağali Kərimli  rayon təşkilatının qərargahında  bir qrup ərazi ilk partiya təşkilatının sədri ilə görüşüb.

Görüşdə YAP-ın Sədr müavini- icra katibi Əli Əhmədovun partiyanın rayon və şəhər təşkilatlarının sədrləri ilə keçirdiyi müşavirədə qaldırılan məsələlər diqqətə çatdırılıb. Bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ağali Kərimli öncə qarşıdan gələn növbəti bələdiyyə seçkilərinə toxunaraq hazırlıq işlərinin yüksək səviyyədə qurulacağını, YAP Kürdəmir  rayon təşkilatının inzibati binasında seçki qərargahının yaradılacağını və bu işlərdə ilk partiya təşkilatlarının səfərbər olunmasının vacibliyini qeyd edib. Seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanıldığını bildirib. Namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə və qadınlara üstünlük veriləcəyini vurğulayıb.  Görüşdə ərazi ilk partiya təşkilatlarının fəaliyyətindən bəhs edib. Onların tərkibi, uçot-dəqiqləşdirmə, təbliğat-təşviqat işlərinin aparılması və s. istiqamətində işlərin bundan sonra da uğurla və səmərəli şəkildə davam etdirilməsini tövsiyyə edib. Sədr onları daha fəal olmağa, ölkəmizin ictimai-siyasi proseslərində ayıq-sayıq olmağa çağırıb. Bildirib ki, dövlət başçısının ətrafında daha da sıx birləşməli, ölkəmizin uğurlarını, inkişafını gözügötürməyən qüvvələrə qarşı daim mübariz olmalıdır. Bu baxımdan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi fəaliyyətini, təbliğatını həyata keçirən siyasi partiya olaraq YAP-ın və onun ərazi ilk partiya təşkiatlarının üzərinə böyük məsuliyyət düşür. Təşkilat sədrlərini bu istiqamətdə daha fəal olmağa səsləyib. Ağali Kərimli  çıxışında sosial şəbəkələrin, sosial medianın günümüzdə yeri və roluna da toxunub. Odur ki, bu işlərin  bundan sonra da davam etdirilməsinin və bütün üzvlərin bu təbliğat işlərinə  qoşulmasının vacibliyini vurğulayıb.

DİGƏR Partiya xəbərləri Arxiv