YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin energetika naziri: TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib

Transanadolu qaz kəməri (TANAP) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələri iştirakçı ölkələrin rifahına böyük fayda verib.

Bunu Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz Daşkənddə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq ölkələrinin energetika nazirlərinin birinci dialoqu zamanı deyib.

Nazir qeyd edib ki, sərhəd qaz dəhlizləri hesabına Türkiyənin qonşu ölkələrlə münasibətləri daha da yaxşılaşıb.

F.Dönməz vurğulayıb: "Bizim regional təşəbbüslərimiz arasında mühüm olanlardan biri Bakı-Tbilisi-Ceyhandır ki, bu gün üçün bu layihə çərçivəsində 3,2 milyard barel neft nəql olunub və bu neft kəməri artıq 10 ildir ki, işləyir".

Türkiyəli nazir daha sonra deyib: "Həm Transanadolu qaz kəməri, həm də Bakı-Tbilisi-Ceyhan iştirakçı ölkələrin rifahına, eləcə də regionda tərəfdaşlıq, sülh və sabitliyə böyük töhfə verib".

 

DİGƏR Xəbərlər Arxiv