YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək cari ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. YAP Şəmkir rayon təşkilatının inzibati binasında seçki qərargahının yaradıldığını və bu işlərdə ilk partiya təşkilatlarının səfərbər olunmasının vacibliyini bildirdi. Seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanıldığını qeyd etdi. Namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə və qadınlara üstünlük veriləcəyini vurğuladı.

F.Vəliyev çıxışında bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə ölkəmizdə əmakhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişləri əhəmiyyətli dərəcədə artırılmışdır və ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti göstərir. Hər bir ailə bu artımlardan faydalanır. Azərbaycan dövləti gücləndikcə, əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaqdır.

Azərbaycanın bu uğurları qazanmasının əsasında dayanan amillərdən biri də sabitlikdir. Çünki sabitlik olmadan heç bir inkişafdan, əminamanlıqdan söhbət gedə bilməz. Ona görə də, hər bir dövlət və xalq üçün sabitlik ən mühüm şərtlərdən biridir.

Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən rayon təşkilatının sdəri həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd etdi. Bu vasitələrin biri də sosial şəbəkələr olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdırlar. Ona görə də partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. O cümlədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır. Bu işdədə Ərazi ilk partiya təşkiatlarının üzərinə böyük məsuliyyət düşdüyünü və təşkilat sədrlərini bu istiqamətdə daha fəal olmalarını söylədi.

F.Vəliyev çıxışında sosial şəbəkələrin, sosial medianın günümüzdə yeri və roluna da toxundu. Bu işlərin bundan sonra da davam etdirilməsinin və bütün üzvlərin bu təbliğat işlərinə qoşulmasının vacibliyini vurğuladı.

 

DİGƏR Partiya xəbərləri Arxiv