YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov Xırdalan şəhərində Qarabağ müharibəsi əlillərindən ibarət "Ambutant" futbol klubunun üzvləri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini- İcra katibi Əli Əhmədov Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində Abşeron rayonunun Qarabağ müharibəsi əlillərindən ibarət "Ambutant" futbol klubunun üzvləri ilə görüşüb.

Görüşdə Əli Əhmədov Azərbaycan dövlətinin Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi qayğıdan bəhs edib və onların daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyib.

Görüşdə Qarabağ müharibəsi əlilləri göstəriıən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra "Ambutant" futbol klubunun uğurları haqqında məlumat verilib.

Sonda xatirə şəkli çəkdirilib.