YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XVIII ali səviyyəli toplantısı keçirilib

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Davamlı İnkişaf problemi Dövründə Geosiyasət” mövzusunda XVIII ali səviyyəli toplantısı keçirilib.

Mərkəzdən bildiriblər ki, toplantıda müxtəlif fəaliyyət sahələrindən tanınmış simalar, o cümlədən Nobel Sülh Mükafatçıları, Muhammad Yunus, Kailaş Satyarhi, Şimalı Makedoniyanın Baş Naziri Zoran Zaev, Bosniya və Herzegovina Prezidenti Zeljko Komsic, o cümlədən Robert F.Kennedi İnsan Hüquqları Fondunun Prezidenti və Mərkəzin İdarə heyətinin üzvü Kerri Kennedi, BMT Baş Katibinin Davamlı İnkişaf Proqramı üzrə xüsusi nümayəndəsi Jeffrey Sachs, Solomon R.Quqenhaym Muzey və Fondunun idarə heyətinin Prezidenti Vindi Fişer, BMT Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Migel Moratinos, NATO-nın Avropa Müttəfiq Komandiri Vesley Klark, Ərəb Liqasının sabiq Baş Katibi Amre Musa, UNDP sabiq başçısı Helen Klark iştirak ediblər.

İki gün ərzində toplantıda Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, ətraf mühit dəyişikliyi və davamlılıq proqramına nail olmaq, dəyişən dünya düzəni, yaxın şərq konfliktində yeni perspektivlər, multilateralizm, Avropa İttifaqının yeni liderliyi ilə Balkanların qərbə inteqrasiyası kimi mövzular müzakirə olunub.

Nyu-Yorkun məşhur Harvard Klubunda təşkil olunmuş bağlanış mərasimində ABŞ-ın sabiq senatoru Con Sidney Makkeyin şərəfinə Nizami Gəncəvi Beynəlxalq Mükafatının XVI təqdimatı təşkil olunub. Mükafat sabiq senatora fəaliyyəti dövründə vətəndaşlıq prinsiplərinə, cəsarəti, hörmət və birlikdə yaşamaq prinsiplərinin müdafiəsinə göstərdiyi səylər, qlobal liderlikdəki fərqlənməsinə görə təqdim edilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vaira Vike-Freiberga və XV medalın sahibi Robert F.Kennedi İnsan Hüquqları Fondunun Prezidenti Kerri Kennedi ilə birlikdə sabiq senatorun xanımı və Makkeyn İnstitunun İdarə Heyəti Sədri xanım Sindi Makkeynə təqdim olunub.

Toplantıda Belçika, Bosniya və Herzegovina, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Misir, Finlandiya, Yunanıstan, Gürcüstan, İsrail, Qırğızıstan, Latviya, Yeni Zellandiya, Norveç, Şimali Makedoniya, Pakistan, Serbiya, İspanya, Ukraynanın sabiq hökumət və dövlət başçıları, Beynəlxalq Liderlik üzrə Makkeyn İnstitutu, Globsec, Amerika Xarici Siyasəti üzrə Milli Komitə, BMT SDG, Atlantik Şurası, Birləşmiş Ştatlar Sülh İnstitutu, Karneqi, BMT Sivilizasiyalar Alyansının rəhbərləri məruzələrlə çıxış ediblər.

 

DİGƏR Xəbərlər Arxiv