YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan-Çin əlaqələri hazırda özünün dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır

Prezident İlham Əliyev Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Sədr Si Cinpinə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı ötən illər ərzində Çin Xalq Respublikasının böyük inkişaf mərhələsi keçərək həyatın bütün sahələrində misilsiz uğurlar qazandığını, köklü iqtisadi islahatlar yolu ilə modern infrastruktura malik ölkəyə, dünyanın ən aparıcı dövlətlərindən birinə çevrildiyini qeyd edib.

Məktubda daha sonra deyilir: “Müəllifi olduğunuz “Bir kəmər, bir yol” təşəbbüsü irimiqyaslı transmilli beynəlxalq əməkdaşlıq layihəsi kimi ayrı-ayrı ölkələrin və bütövlükdə Avrasiya məkanının çiçəklənməsi üçün geniş imkanlar açmışdır. Xüsusi olaraq qeyd etmək istərdim ki, biz Azərbaycan-Çin əməkdaşlığına böyük əhəmiyyət veririk. Qədim tarixə və xoş ənənələrə malik olan əlaqələrimiz hazırda özünün dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır”.

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin siyasi, iqtisadi və humanitar sahələrdə birgə səmərəli iş üçün yaxşı zəmin yaratdığını qeyd edərək əmin olduğunu bildirib ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan bu əməkdaşlığın ikitərəfli və çoxtərəfli qaydada daha da dərinləşməsi istiqamətində atılan addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinə möhkəm cansağlığı, işlərində uğurlar, dost Çin xalqına daim sülh və rifah diləyib.

 

DİGƏR Xəbərlər Arxiv