YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməyi planlaşdırırlar

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməyi planlaşdırırlar.

Bunu Moskvada keçirilən brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar bu ölkələrin nümayəndələri tərəfindən anons ediləcək: “Deyə bilərəm ki, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə razılaşdırıldığı kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırlar. Səfərin vaxtı dəqiqləşdirilir və biz bu barədə əlavə məlumat verəcəyik”, -deyə M.Zaxarova qeyd edib.