YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Xəzər rayon və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Qarabağ müharibəsi əliləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının Xəzər rayon və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Xəzər və Pirallahı rayonlarından olan Qarabağ müharibəsi əliləri ilə görüş keçirilib.

YAP Xəzər rayon təşkilatının qərargahında keçirilən görüşdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov, Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev çıxış ediblər.

Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Qarabağ müharibəsi əlilərinə daim diqqət və qayğı göstərildiyini, dövlət başçısının  imzaladığı müvafiq fərman və sərəncamlarla Qarabağ müharibəsi əlilərinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün tədbirlərin həyata keçirildiyini qeyd ediblər.

Bildirilib ki,  həyata keçirilən tədbirlər Xəzər və Pirallahı rayonlarında yaşayan Qarabağ müharibəsi  əlillərinin sosial vəziyyətinin  daha da yaxşıladırılmasına müsbət təsir göstərir. Bu tədbirlər dövlət tərəfindən davamlı olaraq həyata keçiriləcək.

Tədbirdə iştirak edən Qarabağ müharibəsi əlilləri onları narahat edən bəzi məsələlərin həll edilməsində köməklik göstərməyi xahiş ediblər.

Rayon İH-nin başçısı Elşən Salahov və millət vəkili Rauf Əliyev qaldırılan məsələlərin araşdırılacağını və müvafiq  tədbirlərin görüləcəyini bildiriblər.