YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının gəncləri tərəfindən “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi ilə fləşmob keçirirlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında beynəlxalq ictimaiyyətə ünvanlandığı “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı ümummilli ideya kimi qəbul edilərək ətrafında milyonları toplamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum bəyanatının doğurduğu ümumxalq əhval-ruhiyyəsinin bir göstəricisi olaraq  Yeni Azərbaycan Partiyasının gəncləri tərəfindən “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi ilə fləşmob keçirirlib.
Tədbirə yüksək vətənpərvərlik ruhunda, böyük maraq və həvəslə qatılan tələbələr “Qarabağ bizimdir, bizim olacaq”, “Qarabağ Azərbaycandır” şüarlarını səsləndiriblər.