YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan öz hədəflərinə çatmaq üçün inamlı addımlar atır

«Azərbaycanın sosial-iqtisadi strategiyasında iqtisadiyyatın diversifikasiyası  prinsipi prioritetdir. Ölkəmizin hərtərəfli harmonik inkişafını təmin etmək üçün neft və qeyri-neft sektoru, Bakı, regional mərkəzlər və regionlar inkişaf etdirilir». Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, belə inkişaf Azərbaycanın demoqrafiq vəziyyətini nəzarətdə saxlamağa, əhali məskunluğunu bütün ölkə ərazisində təxminən eyni səviyyədə qorumağa, insanların sosial rifah halında yaşamasına şərait yaradır.

“Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Azərbaycanın qeyri-neft sektorunun inkişaf istiqamətinin əsas istiqamətlərindən biri  kənd təsərüffatıdır. Ölkəmizin coğrafi iqlim şəraiti kənd təsərüffatı məhsullarının bir çox çeşidlərini və növlərini istehsal etməyə imkan verir. Regionların sosial-iqtisadi inkişafı proqramlarının icrasına başladıqdan sonra kənd təsərüffatının inkişafına ciddi önəm verilməyə başlanıldı. Azərbaycanın hədəfi dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olmaqdır. Bu hədəfə çatmaq üçün ölkəmiz inamlı addımlar atır”-deyə, deputat qeyd edib.