YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Oktyabrın 12-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə qeyd edib ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımı işləri görməlidir.

Müşavirədə seçkilərə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılmışdır.

Müşavirədə daha sonra qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə tövsiyə və tapşırıqlar verilmişdir.   

 

DİGƏR Partiya xəbərləri Arxiv