YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 14-də YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə partiyanın mərkəzi qərargahında görüşüb. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yeni Azərbaycan Partiyası haqqında məlumat verərək, partiyanın beynəlxalq əlaqələrinin genişləndiyini bildirib. S.Fətəliyeva vurğulayıb ki, Asiya və Avropadakı siyasi partiyalar, beynəlxalq təşkilatlarla geniş əlaqələr quran Yeni Azərbaycan Partiyası üçün Venesuelanın daxil olduğu Latın Amerikası regionu da maraq kəsb edir.

 Səfir Kristofer Alberto Martinez Berroteran Venesuela ilə Azərbaycan arasında müxtəlif sferalarda, o cümlədən siyasi, iqtisadi sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.