YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır

“Destruktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu. Qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə “Valdav” Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlar, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra və 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə göşünündən əvvəl təşkil edilməsi heç də təsadüfi deyil”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

 E.İbrahimov bildirib ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqların təmin olunduğu, sərbəst toplaşmaq azadlığının təmin olunması üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Hesab edirəm ki, bu mitinq yox, təxribat törətmək niyyəti ilə edilibdir. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərmək istəyi olubdur.

“Qeyd etmək istəyirəm ki, daxili işlər orqanları həmişə olduğu kimi bu dəfə də xalqımızın asayişini qorumaq üçün güc tətbiqinə yol vermədən və xüsusi vasitələrdən istifadə etmədən bütün tədbirləri qanunauyğun formada vaxtında və layiqincə həyata keçirdilər. Mən bir vətəndaş kimi qanun keşikçilərinə öz təşəkkürümü bildirirəm. Adını müxalifət qoyub xalqına və dövlətinə qənim kəsilən Əli Kərimli və onun kimilər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır. Onlar başa düşməlidirlər ki, ölkəmizdə çox möhkəm və sarsılmaz xalq-iqtidar birliyi mövcuddur və bu birlik hər hansı bir qanunazidd hərəkətlərə cəhdin qarşısını cəsarətlə alacaq, sabitliyi daim qoruyacaq. Qoy onların ağaları da bunu yaxşı başa düşsünlər və anlasınlar ki, bu cür ləyaqətsiz hərəkətlər heç bir fayda verməyəcək”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv