YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İraq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İraq Respublikasının Xarici İşlər naziri Məhəmməd Əli Əlhakim ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və İraq arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Həmçinin görüşdə, Azərbaycanla İraq arasında iqtisadi-ticari, o cümlədən sərmayələr, habelə humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyindən bəhs edən nazirlər qarşılıqlı faydalı əlaqələrin hər iki xalqın mənafeləri naminə daha da inkişaf edəcəyinə dair əminliklərini bildiriblər.

İraq XİN-in başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə ali dəyərlərin təbliğinin qlobal sülh və əmin-amanlığa xidmət edəcəyini ifadə edib və ölkəmizə sədrliyi dövründə uğurlar diləyib.

Görüşün sonunda Nazir Məhəmməd Əli Əlhakim Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına ürək sözlərini yazıb.